...

Gəncə Dövlət Filarmoniyasında izdihamla keçən "Caz axşamı" (FOTO)

Cəmiyyət Materials 20 Mart 2024 19:05 (UTC +04:00)
Gəncə Dövlət Filarmoniyasında izdihamla keçən "Caz axşamı" (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası ilk dəfə "Caz axşamı" layihəsini təqdim etdi.

Gəncə Dövlət Filarmoniyasının direktoru, Əməkdar artist Ramil Qasımov giriş sözü ilə açaraq bəstəkar, caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin 84 illiyinə həsr olunmuş gecənin keçirilməsinin heç də təsadüfi olmadığını qeyd etdi. O, bu gün caz sənətini dünyanın müxtəlif ölkələrində təmsil və təbliğ edən Vaqif Mustafazadənin müasirlərinin bu kimi layihələrin keçirilməsinə əminlik yaratdığını vurğuladı.

Əməkdar artist Emil Əfrasiyab səhnəyə çıxaraq tamaşaçılara minnətdarlığını bildirdi. O, şəhid və qazi ailələri qarşısında çıxış etməkdən şərəf duyduğunu qeyd etdi.

Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru, "Şöhrət" və "Şərəf" ordenli Siyavuş Kərimi çıxış edərək Emil Əfrasiyabın müasir caz sənətində böyük töhfələri verdiyini vurğuladı.

Konsert proqramında həmçinin Xalq artisti, "Qaytağı" instrumental ansamblı,bədii rəhbəri Ənvər Sadıqov və Əməkdar artist Abbas Bağırov ifa etdi.

Gecədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, dövlət və hökumət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak etdilər.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Xəbər lenti

Xəbər lenti