...

Biləsuvarda pirotexniki vasitələr satan mağazanın sahibi məsuliyyətə cəlb edilib

Cəmiyyət Materials 21 Mart 2024 02:09 (UTC +04:00)

Bakı. Trend:

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin gizli şəkildə satışının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, tədbirlər zamanı şəhər ərazisində yerləşən mağazalardan birində pirotexniki vasitələrin satıldığı aşkarlanıb.

Mağazanın sahibi İ.Mehdiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci ( İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.

Xəbər lenti

Xəbər lenti