...

Bakıda biri fransız olmaqla, üç əcnəbi metronun deposuna gizli girərək, əmlaka qəsdən ziyan vurdular

Cəmiyyət Materials 30 Mart 2024 13:52 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı metropolitenin deposuna daxil olan 3 xarici ölkə vətəndaşının saxlanılması barədə məlumatlar yayılıb.

Bu barədə Trend-ə Daxili işlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Bildirilib ki, turist kimi ölkəmizdə olan Avstraliya, Yeni Zelandiya və Fransa vətəndaşları qatarların dayandığı depoya gizli daxil olaraq, bir neçə vaqonu boya ilə yazaraq əmlaka qəsdən ziyan vurublar:

"Həmin şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla dəyən ziyanın miqdarı 4850 manat müəyyən edilib. Qanunvericiliyə uyğun olaraq dövlət əmlakını qəsdən zədələyən həmin şəxslər müvafiq məhkəməyə çıxarılacaq".

Xəbər lenti

Xəbər lenti