Bakı. Trend:
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakim təyin edilir.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisinin bu gün keçirilən iclasında müzakirə edilən "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Şirvan Apellyasiya Məhkəməsinin hakimi (İnzibati Kollegiyanın sədri) Müşfiq Kamil oğlu Həsənovun həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi təklif edilir.
Məsələ müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.
Məsələ ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova müvafiq qərar imzalayıb. Qərar imzalandığı gündən qüvvəyə minir.