...

İş yerlərinə sağlamlıq haqqında arayış verilməsi ilə bağlı yenilik edilib

Cəmiyyət Materials 5 Aprel 2024 16:19 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və məşğulluq altsistemində yenilik edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, artıq müəssisələrə sağlamlıq haqqında arayış aparmağa ehtiyac yoxdur.

“Bunun üçün vətəndaş sağlamlıq haqqında arayış almalı olduğu ərazi üzrə tibb bölməsinə yaxınlaşmalıdır. Müayinədən keçdikdən sonra vətəndaşın sağlamlıq haqqında arayışı avtomatik şəkildə Əmək və Məşğulluq altsisteminə də inteqrasiya edilir. Bura bütün işəgötürənlər daxildir”, - deyə məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti