...

Qardaşımla Bəsirənin 5 övladı yadigar qalıb - Xocalıda qətlə yetirilən Vaqifin bacısı

Cəmiyyət Materials 6 Aprel 2024 13:40 (UTC +04:00)
Qardaşımla Bəsirənin 5 övladı yadigar qalıb - Xocalıda qətlə yetirilən Vaqifin bacısı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Vaqif və Bəsirənin 5 övladı yadigar qalıb.

Trend xəbər verir ki, bunu Vaqifin bacısı Sevda Xanlarova deyib.

O bildirib ki, 1988-ci ildə Xankəndidə yaşayırdıq. Ev-eşiyimizi yandırdılar, çıxmadıq. Sonra Xocalıya getdik.

“Qardaşlarım çox əziyyət çəkdilər, orduya yazıldılar ki, torpağımızı müdafiə etsinlər.
26 fevraldan sonra Vaqif və həyat yoldaşından xəbər ala bilmədik. Soyqırımda şəhid olduqlarını anladıq. Vaqif və Bəsirənin 5 övladı yadigar qalıb. Hamısına öz övladımız kimi baxmışıq, böyütmüşük. İndi isə övladları ilə birlikdə onların qalıqlarını dəfn edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin", - deyə Xanlarova əlavə edib.

Qeyd edək ki, Xocalıda qalıqları kütləvi məzarlıqdan tapılan ər-arvad bu gün dəfn olunub.

Xocalı soyqırımı zamanı itkin düşmüş Məhərrəmova Bəsirə Vəli qızı və Məhərrəmov Vaqif Cəmil oğlunun qalıqları bu gün Zabrat qəbiristanlığında torpağa tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti