...

Paytaxtın bu ərazilərinin bir hissəsində qaz təchizatı dayandırılacaq - XƏBƏRDARLIQ

Cəmiyyət Materials 8 Aprel 2024 18:50 (UTC +04:00)
Paytaxtın bu ərazilərinin bir hissəsində qaz təchizatı dayandırılacaq - XƏBƏRDARLIQ
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yeraltı qaz xəttinin yerüstü qaz xətti ilə əvəz olunması və Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi ünvanında COP29 proqramına əsasən orta təzyiqli qaz xəttinin dayaqlar üzərinə qaldırılması işləri aparılacaq.

“Azəriqaz”dan Trend-ə verilən məlumata görə, qeyd olunan işlərin həyata keçirilməsi məqsədilə 09.04.2024-cü il tarixdə saat 10:00-dan etibarən Səbail rayonu üzrə Badamdar qəsəbəsinin 3-cü yaşayış massivinin, Binəqədi rayonu üzrə isə Biləcəri qəsəbəsinin Məlik Aslanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti