...

Mənimsəməyə görə həbs edilən tikinti şirkətinin rəhbəri azadlığa buraxıla bilər

Cəmiyyət Materials 16 Aprel 2024 11:29 (UTC +04:00)
Mənimsəməyə görə həbs edilən tikinti şirkətinin rəhbəri azadlığa buraxıla bilər
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq direktoru Vüqar Səfərli ilə birgə məhkum edilmiş “Portos” MMC-nin direktoru Nadir Məmmədov vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət edib.

Trend xəbər verir ki, müraciətə Binəqədi rayon Məhkəməsində baxılıb.

Məhkəmədə müdafiə tərəfinin müraciətdə Nadir Məmmədovun səhhəti ilə bağlı çəkilməmiş cəzasının şərti hesab edilərək, azadlığa buraxılması istənilib.

Məhkəmə iş üzrə Nadir Məmmədovun səhhəti ilə bağlı ekspertiza təyin edib. Bu səbəbdən proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Qeyd edək ki, “Portos” MMC-nin direktoru Nadir Məmmədov 2021-ci ildə həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmədə təqsirli bilinir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nadir Məmmədov 6 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.

Xəbər lenti

Xəbər lenti