...

Bakı Fransız Liseyi niyə bağlanır? - Səbəb AÇIQLANDI (YENİLƏNİB)

Cəmiyyət Materials 19 Aprel 2024 15:31 (UTC +04:00)
Bakı Fransız Liseyi niyə bağlanır? - Səbəb AÇIQLANDI (YENİLƏNİB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Özəl təhsil müəssisəsi olan Bakı Fransız Liseyi təsisçinin qərarı ilə fəaliyyətini dayandırır. Ancaq cari tədris ilinin sonuna qədər liseydə tədris prosesi davam etdiriləcək.

Bu barədə Trend-ə Bakı şəhər Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, valideynlərin müraciəti olduğu halda liseydə təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi (https://sy.edu.az/login) təmin edilə bilər. Əlavə sualı olan valideynlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etməklə dövlət ümumi təhsil müəssisələri (https://bakimektebleri.edu.az/) haqqında məlumat ala bilərlər.

Bununla yanaşı, şagirdlər digər özəl məktəblərdə də təhsillərini davam etdirə bilərlər.

xxx

14:29

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, liseydən məlumat verilib.

Qeyd edilib ki, fəaliyyətinin dayanma səbəbi kommersiyadır.

Qeyd edək ki, Bakı Fransız Liseyi Azərbaycanda müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbi vətəndaşların və Azərbaycan vətəndaşlarının fransız dilində təhsil alması məqsədilə yaradılıb. 320 şagird yerlik tədris müəssisəsində məktəbəqədər hazırlıq kursu daxil olmaqla, ibtidai təhsil və kollec-lisey qrupları fəaliyyət göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti