...

Məni əfv etdiyinə görə Azərbaycan dövlətinə təşəkkür edirəm - Əfqanıstan vətəndaşı

Cəmiyyət Materials 26 May 2024 11:14 (UTC +04:00)
Məni əfv etdiyinə görə Azərbaycan dövlətinə təşəkkür edirəm - Əfqanıstan vətəndaşı
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Məni əfv etdiyinə görə Azərbaycan dövlətinə təşəkkür edirəm.

Bunu Trend-ə açıqlamasında Əfv Sərəncamına əsasən 16 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan Əfqanıstan vətəndaşı Həbibi Mutyullah deyib.

Onun sözlərinə görə, Azərbaycan sərhəddini qanunsuz pozduğuna görə həbs olunub. Bir il yarım həbsdə qalıb və əfv olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 25-də “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, ümumilikdə 154 nəfər əfv edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 63 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər cəzadan azad edilib.

Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 28 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.

Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 3 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Eləcə də islah işləri cəzasına məhkum edilmiş 2 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilib, 4 nəfər isə cəzadan azad edilib.

Həmçinin azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını çəkmiş 1 şəxsin məhkumluğu götürülüb.

Eləcə də sərəncamın şamil olunduğu məhkumlardan 8 əcnəbi vətəndaş əfv edilib. Əfv edilənlərdən 5-i Əfqanıstan, 2-i Türkiyə, 1-i isə Rusiya vətəndaşıdır.

Xəbər lenti

Xəbər lenti