...

Azərbaycan və Serbiya əməkdaşlığın genişləndirilməsi ətrafında müzakirələr aparıb (FOTO)

Cəmiyyət Materials 14 İyun 2024 16:06 (UTC +04:00)
Azərbaycan və Serbiya əməkdaşlığın genişləndirilməsi ətrafında müzakirələr aparıb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 14-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə işgüzar səfərdə olan Serbiya Respublikasının müdafiə naziri Bratislav Qaşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Sənayesi Nazirliyindən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan V.Mustafayev nazir B.Qaşiçi yeni təyinatı münasibətilə təbrik edərək dost və tərəfdaş ölkənin nümayəndələrini Azərbaycanda görməkdən məmnun olduğunu ifadə edib.

Görüş zamanı V.Mustafayev ölkələrimiz arasında münasibətlərin inkişafında dövlət başçılarının xüsusi rolunu vurğulayaraq bir çox istiqamətlərdə olduğu kimi, müdafiə sənayesi sahəsində də sıx əməkdaşlıq əlaqələrinin mövcudluğunu qeyd edib və yeni texnologiyaların transferinin, birgə istehsal sahələrində əməkdaşlığın uğurla həyata keçiriləcəyinə əmin olduğunu bildirib.

Nazir Serbiya Respublikasınının nümayəndə heyətini 24-26 sentyabr 2024-cü il tarixlərində keçiriləcək “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.

V.Mustafayev ikitərəfli münasibətlərin inkişafı üçün Serbiya Respublikasının Azərbaycanda fəaliyyət göstərən hərbi attaşelik aparatının yaradılmasını yüksək qiymətləndirib.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən B.Qaşiç səmimi qəbula görə azərbaycanlı həmkarına minnətdarlığını bildirib. O, bu cür səfərlərin xüsusi əhəmiyyətə malik olduğunu, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün birgə layihələrin, həmçinin beynəlxalq müdafiə sərgilərində qarşılıqlı iştirakın əhəmiyyətindən bəhs edib.

Görüş zamanı müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi, işgüzar səfərlərin təşkil edilməsi və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti