...

BMT üzvü olan ölkələr öz öhdəliklərini yerinə yetirməlidir - Kelli Uillis

Cəmiyyət Materials 18 İyun 2024 10:17 (UTC +04:00)
BMT üzvü olan ölkələr öz öhdəliklərini yerinə yetirməlidir - Kelli Uillis
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İqlim dəyişikliyinin qarşısının alınması üçün birgə addımlar atılmalı, bu sahəyə investisiya ayırılmalıdır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” təşkilatlarının idarəedici direktoru Kelli Uillis deyib.

O qeyd edib ki, bu gün dünyada 3 milyarddan çox insan iqlim dəyişikliyindən əziyyət çəkir.

“İqlim dəyişikliyi bütün sahələrə mənfi təsir göstərir".

O bildirib ki, bunun qarşısının alınması üçün birgə addımlar atılmalıdır:

“Bu sahəyə investisiya ayırılmalıdır. Həmçinin, BMT üzvü olan ölkələr öz öhdəliklərini yerinə yetirməlidir”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda COP29-dan dan qabaq hər il keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti işə başlayıb. Sammitin məqsədi səhiyyə sahəsində qazanımların, iqlim dəyişikliyi kontekstində, dünyada ən həssas icmalara diqqət yetirməklə qorumaq və genişləndirməyə dəstək olmaqdır.

Sammit səhiyyə, iqlim və inkişaf sahələri üzrə qlobal liderləri bir araya gətirəcək və ötən COP28 çərçivəsində Abu-Dabidə baş tutmuş sammitin uğuruna əsaslanacaq.

Əlavə edək ki, “Sağlamlıq Günü”nü COP28 gündəliyinin ayrılmaz hissəsi kimi rəsmi olaraq Abu-Dabidəki sammitdə elan edilmişdi. Bu il yüksək profilli məruzəçilər Azərbaycanda və regionda səhiyyə və inkişaf sektorlarının üzləşdiyi ən son tendensiyalar və çağırışları müzakirə etmək üçün bir araya gələcək.

Xəbər lenti

Xəbər lenti