...

Müəllimlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə başlanıldı

Cəmiyyət Materials 9 Sentyabr 2024 11:38 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gündən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə başlanılıb.

Trend xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Bildirilib ki, sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər.

Qeyd edilib ki, sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir.

Xəbər lenti

Xəbər lenti