Bakı. Trend:
"Formula 1" Azərbaycan Qran Prisinin Asiyadan olan qonaqları təəssüratlarını Trend ilə bölüşüblər.
Şen Çin (Çin): “Bakı çox gözəl şəhərdir, xoş xasiyyətli insanların olduğu müasir meqapolisdir. Biz burada ilk dəfəyik və gördüklərimizdən çox məmnunuq. "Formula 1" təşkili mükəmməldir!”
Samir Həsən Həbib Matruk (Bəhreyn): “Mən 2017-ci ildə "Formula 1"də qonaq kimi Bakıda olmuşam və indi bu dünya yarışlarının marşalıyam. Bakı böyük bayramın gözəl ab-havasında həzz almaq üçün əla yerdir".
Adit Sabarval (Hindistan): “Biz, "Formula 1" azarkeşləri, bir çox ölkələrdə olmuşuq və bir qrup olaraq Bakıya ilk dəfə gəlmişik, biz Maks Verstappeni sevirik və onun qələbəsinə ümid edirik. Bakıda çox gözəl vaxt keçiririk, hər şey çox gözəldir!”
Ci He (Koreya): "Bakıya və "Formula 1"ə ilk gəlməyimdən heyrətamiz təəssüratlarım qalıb. Hər şey çox təmiz və səliqəlidir, qonaqpərvərlik ən yüksək səviyyədədir."
Qeyd edək ki, "Formula 1 Azərbaycan Qran Prisi"nə sentyabrın 13-də start verilib. Əsas yarış sentyabrın bu gün keçiriləcək, "Formula 1" və "Formula 2" yarışlarının qalibləri müəyyənləşəcək. Xatırladaq ki, "Formula 1 Azərbaycan Qran Prisi" 2017-ci ildən Bakıda keçirilir.