...

"28 May"ın qarşısında təmir işləri nə yerdədir? (FOTO/VİDEO)

Cəmiyyət Materials 14 Oktyabr 2024 11:17 (UTC +04:00)
"28 May"ın qarşısında təmir işləri nə yerdədir? (FOTO/VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bir neçə aydır ki, metronun “28 May” metrostansiyasının qarşısında ekoloji mühiti qorumaq üçün 2 min 400 kvadratmetr yaşıllıqlardan ibarət olan 3.5 hektar ərazini əhatə edən park tikilir.

Trend xəbər verir ki, burada böyük avtobus dayanacağı, eyni zamanda 4 ədəd elektrik enerjisi ilə işləyən avtobuslar üçün 2 şarj stansiyası, velosiped zolağı və fontanlar da olacaq.

Ərazidə işlərin, demək olar ki, 80% görülüb.

Parkdakı işlərin oktyabrın axırına qədər bitməsi gözlənilir.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda aparılan geniş tikinti-quruculuq işləri çərçivəsində bir çox yerlərdə istismar müddəti bitmiş, qəzalı bina və tikililərin əvəzinə yeni bina və obyektlər yox, məhz parklar salındığını açıqlamışdı.

Son illər ərzində Bakı şəhərində 400-ə yaxın yeni park salınıb və prosses davam etməkdədir. Hazırda Bakı şəhəri ərazisində 10 meqa parkın salınması işləri həyata keçirilir, bəzi parkların ərazisi artırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti