...

Bu nəqliyyat vasitələri COP29 zolaqları ilə hərəkət edə biləcək - AÇIQLAMA

Cəmiyyət Materials 6 Noyabr 2024 16:07 (UTC +04:00)
Bu nəqliyyat vasitələri COP29 zolaqları ilə hərəkət edə biləcək - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

COP29 zamanı daha çox sərnişin axını olan “28 May”, “Elmlər” və “Koroğlu” stansiyalarında tibb məntəqələri fəaliyyət göstərəcək.

Trend xəbər verir ki, bunu "Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsin direktoru Elçin Əmirov deyib.

O bildirib ki, buna səbəb səhiyyə xidmətinin daha əlçatan olmasını təşkil etməkdir.

“COP29-la əlaqədar olaraq 50-dən çox təcili tibbi yardım briqadası yaradılıb.

“Tibb məntəqələri lazımi bütün avadanlıqlarla təmin olunub. Onu da bildirmək istəyirəm ki, təcili tibbi yardım maşınlarının COP29 zolaqları ilə hərəkəti nəzərdə tutulub”, - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti