...

AAYDA hərəkət iştirakçılarına müraciət etdi

Cəmiyyət Materials 10 Fevral 2025 15:00 (UTC +04:00)
AAYDA hərəkət iştirakçılarına müraciət etdi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Akademik Həsən Əliyev küçəsi - “Koroğlu” metrostansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində hazırda Əliyar Əliyev və Mirzə Uluqbəy küçələrinin kəsişməsində (Keşlə bazarının qarşısı) tikinti işləri icra olunur.

Trend xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, tikinti işlərinə uyğun ərazidə qısamüddətli məhdudiyyətlər tətbiq edilir.

Bununla əlaqədar olaraq sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və tikinti ərazisində quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti