...

Rezidenturanı bitirib təyinat alan həkimlərin sayı AÇIQLANDI

Cəmiyyət Materials 11 Fevral 2025 16:02 (UTC +04:00)
Rezidenturanı bitirib təyinat alan həkimlərin sayı AÇIQLANDI
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin noyabr ayında aparılan yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirən həkim-mütəxəssislərdən 267 nəfərə təyinat verilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 222 həkim-mütəxəssisə paytaxt və respublikanın digər bölgələrindəki dövlət tibb müəssisələrinə iş yerlərinə göndərişlər verilib.

"45 nəfərə isə azad təyinat haqqında arayışlar təqdim olunub",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti