...

Bəzi ərazilərdə qaz olmayacaq

Cəmiyyət Materials 12 Fevral 2025 00:40 (UTC +04:00)
Bəzi ərazilərdə qaz olmayacaq

Bakı. Trend:

Bu gün Biləsuvar şəhərinin bir hissəsi və iki kəndin qaz təchizatında fasilə olacaq.

Trend xəbər verir ki, bu barədə Biləsuvar Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, şəhər ərazisində Peşə liseyi məktəbinin qaz xəttinin mövcud mənbəyə qoşulması üçün H.Əliyev küçəsi, Upromxor, Təyyarə meydanı yaşayış massivi, Muğan və Yuxarı Ağalı kəndlərinin, ümumilikdə 1200 abonentin qaz təchizatının bu gün saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti