Bakı. Trend:
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək.
Trend xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, artıq 65 minə qədər təhsilverən sertifikasiyaya cəlb olunub.
"Onlardan 55 min nəfərin maaşına əlavələr edilib. Təxminən 5 min müəllim isə sertifikasiyadan keçə bilmədiyi üçün onların əmək müqaviləsinə xitam verilib”, deyə o əlavə edib.