...

Azad edilən ərazilərdə kadrların hansı istiqamətlərdə ixtisaslaşacağı araşdırılmalıdır – Deputat

Cəmiyyət Materials 12 Fevral 2025 14:23 (UTC +04:00)
Azad edilən ərazilərdə kadrların hansı istiqamətlərdə ixtisaslaşacağı araşdırılmalıdır – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ciddi araşdırma aparılmalıdır ki, daha çox hansı sahədə mütəxəssisə ehtiyac var. Ali təhsillə peşə təhsili arasında balans pozulub.

Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı deputat Ceyhun Məmmədov deyib.

Millət vəkili xatırladıb ki, işğaldan azad edilən ərazilərdə iki böyük sənaye parkı var.

“Oradakı strukturlarda daha çox hansı ixtisaslarda kadra ehtiyac varsa, o sahəyə diqqət yönəltməliyik. Kadr hazırlığı bu istiqamətdə aparılmalıdır. Növbəti illərdə böyük sayda əhali azad olunan ərazilərə qayıdacaq və onların işlə təmin olunması məsələsi gündəmə gələcək. Onların hansı itisaslar üzrə işləyəcəyi, hansı istiqamətlərdə ixtisaslaşacağı araşdırılmalıdır”, - deyə C.Məmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti