...

Yemək borusunda 3 fizioloji darlıq var və cisimlər həmin darlıqda ilişib qalır - Uşaq cərrahı

Cəmiyyət Materials 12 Fevral 2025 15:21 (UTC +04:00)
Yemək borusunda 3 fizioloji darlıq var və cisimlər həmin darlıqda ilişib qalır - Uşaq cərrahı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Hər bir ailə məlumatı olmalıdır ki, 2-3 yaşlı uşaqların əlinin altındakı kiçik əşyalar - fındıq, qoz, saqqız və s. məhsullara diqqətli yanaşmaq lazımıdır.

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun uşaq cərrahı Umud Musayev açıqlayıb.

Onun sözlərinə görə, uşaq bu məhsullardan ağzına alsa, qida, ya da daha pis, nəfəs borusunda ilişib qala və bu da xoşagəlməz hadisə ilə nəticələnə bilər:

“Belə hallarda bəzi valideynlər özlərini itirirlər və ilkin yardım etməkdə çətinlik çəkirlər. Bir çoxları ilk tibbi yardımı bilmədən barmağını uşağın boğazına salır. Bu səhvdir. Çünki barmaqla cismi nəfəs borusuna da itələyə bilərlər. Ona görə də, valideyn bilməlidir ki, uşağı ağzı aşağı, ayaqlarını qarnına yığaraq uzatmaq və kürəyindən vurmaq lazımdır. Belə olduqda yad cisim uşağın boğazından tez düşəcək. Yox əgər çıxmazsa, təcili xəstəxanaya çatdırmaq lazımdır. Bir də görürsən ki, valideyn belə deyir: “Uşaq filan şeyi ağzına qoydu, bir az öskürdü və uddu. Heç bir problem yoxdur”. Bu belə deyil, tənəffüsün normal olmasına baxmayaraq, cisim ağciyərə düşə bilər”.

U.Musayev qeyd edib ki, yad cisim nəfəs borusunda deyil, yemək borusundadırsa, bu zaman onun ölçüsü əsasdır:

“Çünki mədəyə, bağırsağa keçərsə əsas problem ölçü ilə bağlı yaranacaq. Yemək borusunda 3 fizioloji darlıq var və cisimlər həmin darlıqda ilişib qalır. Bu zaman uşaq tüpürcəyini uda bilmir, ürək bulanması, qusma halları olur. Adətən uşaqlar saat batareyası, ət parçası, qəpik, xırda oyuncaqlar udurlar. Bunları uşağı zədələmədən çıxartmaq olur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti