Bakı. Trend:
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olunub.
Bu barədə məlumatı Trend-ə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi təsdiqləyib.
Qeyd edək ki, bundan öncə Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Eyvaz oğlu Əzizov idi. Prezident İlham Əliyev müvafiq Sərəncamı ilə o, ADNSU-ya rektor təyin olunub.