...

Bələdiyyələrin vergi yığımı ilə bağlı effektiv mexanizmlər yoxdur – Deputat

Cəmiyyət Materials 14 Fevral 2025 12:06 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bələdiyyələrin vergi yığımı ilə bağlı effektiv mexanizmlər yoxdur.

Trend xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsində çıxışı zamanı deputat Bəhruz Məhərrəmov deyib.

Millət vəkili çıxışı zamanı bələdiyyələrin fəaliyyətində mövcud olan problemlərdən də bəhs edib:

“Problemlər varmı, təbii ki, var və kifayət qədər məsələ qaldırmaq mümkündür. Məsələn, torpaqların sərhədlərinin hələ də dəqiq müəyyən edilməməsi, bələdiyyələrin vergi yığımı ilə bağlı effektiv mexanizmlərin olmaması, bələdiyyələrin imkanlarının xaricində olan öhdəliklərlə yüklənməsi, o cümlədən kənd yollarının bələdiyyələrin balansında olması və bu yolların təmirinin imkan xaricində olması kimi çoxsaylı məsələlər var.

Hesab edirəm ki, indiki məqamda biz daha çox konseptual məqamlara fokuslanmalıyıq və konseptual əsasda isə deyə bilərik ki, böyük zəfərimizin ardınca formalaşan konfiqurasiya kifayət qədər müsbət perspektiv vəd edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti