Bakı. Trend:
Ölkəmizin texniki-texnoloji, mühəndis və təbiət elmləri sahəsində üç aparıcı universiteti Yüksək Tenxalogiyalar Parkı ilə memorandum imzaladılar.
Trend xəbər verir ki, bunu bu gün Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu saziş ilə universitetlər birgə fəaliyyət niyyətlərinin olduğunu göstərdilər.
"Bu ilkin bir sənəddir. Biz düşünürük ki, bunun əhatəliyini artıraq. SABAH HUB-ın Yüksək Texnologiyalar Parkında yerləşməsi böyük naliyyətdir. Bu gənclərin marağına səbəb olan, elmimiz və ali təhsilimiz üçün önəmli bir layihədir.
Düşünürük ki, bugünkü multidisiplenar ali təhsil müəssisələrinin və elmin birgə olması çox önəmlidir. Burada həm elm, həm ali təhsil, həm dövlət, eyni zamanda biznes strukturlarının iştirakı gözlənilir. Artıq bu işə başlanılıb. Bir çox biznes qurumları ilə sənədlər imzalanıb", - deyə o əlavə edib.