Bakı. Trend:
Qısa müddətdə dairə seçki komissiyalarına cəmiyyətin müxtəlif təbəqələrinin üzvləri namizədlik üçün müraciətlər etdi.
Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərinin yekunlarına həsr olunan iclasında çıxışı zamanı deyib.
MSK sədri bildirib ki, dairə seçki komissiyalarında namizəd kimi müraciət edən iddiaçıların hamısı üçün şərait yaradılıb:
“Müraciət edənlərin təxminən 99 faizinin namizədliyi təmin edildi. 215 nəfərin seçkidə iştirak etmək hüququ olmayıb və namizədliyi qeydə alınmayıb”.
O qeyd edib ki, namizədlik üçün müracət edənlərin 99.8-nin namizədliyi təsdiq edilib.