Bakı. Trend:
Hazırda Bakıda yağıntılı hava şəraiti davam edir. Bu hava şəraitinin sabahadək davam etməsi gözlənilir.
Trend xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov "Ekspert saatı"nda deyib.
"Sabahdan etibarən ölkə ərazisində yağıntının kəsiləcəyi, sabit hava şəraitinin bir neçə gün davam edəcəyi gözlənilir", - o qeyd edib.