Bakı. Trend:
Qış mövsümünə xarakterik olaraq növbəti günlərdə hava şəraitinin dəyişməsi və qeyri-sabit keçməsi ehtimalı böyükdür.
Trend xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov "Ekspert saatı"nda deyib.
O bildirib ki, ölkəyə şimaldan soyuq hava kütləsi daxil olacaq.
2Belə hava kütləsinin ölkəmizə daxil olması temperaturun enməsinə və qar yağması kimi proseslərin olması istisna deyil. Bu, hələ tam dəqiq məlumat deyil, çünki dəqiq proqnoz üç gün əvvəldən verilsə, özünü doğruldur. Ayın sonlarına yaxın Bakı və Abşeronda qarlı hava şəraitinin olması istisna olunmur”.