...

Bu məntəqə seçki komissiyaları buraxılıb - SİYAHI

Cəmiyyət Materials 14 Fevral 2025 16:59 (UTC +04:00)
Bu məntəqə seçki komissiyaları buraxılıb - SİYAHI
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyənləşdirilməsində yol verilən nöqsanlara görə 15 saylı Yasamal birinci seçki dairəsinin 9 saylı, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 8 saylı, 23 saylı Nəsimi – Səbail seçki dairəsinin 29 və 30 saylı, 80 saylı Lerik – Astara seçki dairəsinin 62 saylı, 81 saylı İmişli seçki dairəsinin 11, 42, 43, 44, 46 saylı və 86 saylı Ağcabədi seçki dairəsinin 30 saylı seçki məntəqəsinin məntəqə seçki komissiyası buraxılıb.

Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova qurumun 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərinin yekunlarına həsr olunan iclasında çıxışı zamanı deyib.

İclasda o da xatırladılıb ki, əvvəlki araşdırmaların nəticəsi olaraq, MSK-nın müvafiq qərarları ilə ümumilikdə 6 seçki məntəqəsi üzrə səsvermənin nəticələri və 1 bələdiyyəyə seçkilər etibarsız hesab edilib. Həmçinin səsvermənin ilkin nəticələrinə görə bələdiyyə üzvü seçilənlərdən biri sonradan vəfat etdiyi üçün 1 bələdiyyə tam tərkibdə formalaşmayıb.

Beləliklə, MSK-nın yekdilliklə qəbul etdiyi qərara əsasən Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun keçirilməklə baş tutan bələdiyyə seçkilərində, ümumilikdə 27 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin və 3 bələdiyyə üzrə seçkilərin etibarsız sayılması nəzərə alınmaqla 8039 nəfər bələdiyyə üzvü seçilib, 1 bələdiyyə tam olmayan və 681 bələdiyyə isə tam tərkibdə formalaşıb.

Xəbər lenti

Xəbər lenti