...

Çin və Rusiyadan idxal edilmiş kürülərin "Azerbaijan Caviar" adı ilə satışa çıxarıldığı aşkarlanıb (FOTO)

Cəmiyyət Materials 14 Fevral 2025 17:30 (UTC +04:00)
Çin və Rusiyadan idxal edilmiş kürülərin "Azerbaijan Caviar" adı ilə satışa çıxarıldığı aşkarlanıb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Çin və Rusiyadan idxal edilmiş kürülərin "Azerbaijan Caviar" adı ilə satışa çıxarıldığı aşkarlanıb.

Bu barədə Trend Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən məlumat verir.

Agentlik əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Yaşıl bazarda fəaliyyət göstərən fiziki şəxslər − Səmədzadə Emina Sabir qızı, Novruzov İlkin Feyruz oğlu və Süleymanov Elçin Qənimət oğluna məxsus 3 balıq satışı məntəqəsində istehlakçı hüquqlarının kobud şəkildə pozulduğu müəyyən olunub.

Belə ki, ümumi çəkisi 73 kq olan müxtəlif çəkili böyük qablaşdırmalarda Çin və Rusiyadan idxal edilmiş kürülərin kustar üsulla 100-150 qramlıq qablarda qablaşdırılmaqla qanunazidd olaraq "Azerbaijan Caviar" adı ilə etiketlənib satışının həyata keçirildiyi məlum olub. Yoxlama zamanı 655 ədəd "Azerbaijan Caviar" yazılı qutular və etiketlər də aşkarlanıb.

Məhsullarda qida təhlükəsizliyi baxımından hər hansı uyğunsuzluq aşkarlanmasa da, mənşəyi barədə yanlış təsəvvür yaratmaqla istehlakçının aldadılması ilə bağlı sahibkarlar barəsində qanunvericilik çərçivəsində tədbirlər görülüb, saxtalaşdırma yolu ilə satışa çıxarılan məhsullar dövriyyədən çıxarılıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti