...

Uzun illərdən sonra həsrətə son qoyduğumuzu sözlə ifadə etmək çətindir - Abbasov Nazim

Cəmiyyət Materials 17 Fevral 2025 08:06 (UTC +04:00)
Uzun illərdən sonra həsrətə son qoyduğumuzu sözlə ifadə etmək çətindir - Abbasov Nazim
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

32 illik həsrətdən sonra doğma yurda qayıdışı sözlə ifadə etmək çox çətindir.

Bunu Trend-ə açıqlamasında Cəbrayıl sakini Abbasov Nazim deyib.

Onun sözlərinə görə, uzun illər məhz bu günün gəlib çatmasını arzulayıb.

"Allah Prezidentimizi var eləsin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.

Ali Baş Komandanımızın rəhbərliyi altında şanlı ordumuza uğurlar diləyirəm, hər birinə uğurlar arzulayıram", - deyə o bildirib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.

Xəbər lenti

Xəbər lenti