Bakı. Trend:
Fevralın 14-də Sabunçu rayonu ərazisində yerləşən restoranların birindən 182 manat oğurlanması barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırmalarla saxlanılan şəxs E.Həsənov adlı tanışı ilə birgə ayrı-ayrı vaxtlarda mağaza və restoranlardan 470 manat pul, mobil telefon, tütün məmulatı, alışqanlar və energetik içkilər oğurlaması da məlum olub.
E.Həsənov da müəyyən edilərək saxlanılıb.