Bakı. Trend:
Turizm və rekreasiya zonalarının ərazisində qadağan edilmiş fəaliyyətlə məşğul olanlar cərimələnəcək.
Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda öz əksini tapıb.
Sənədə əsasən, turizm və rekreasiya zonalarının ərazisində “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş fəaliyyətlə məşğul olmağa görə – fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.