...

Naxçıvan daşıyıcılarının beynəlxalq daşımalara qoşulması üçün tədbirlər görülür

Cəmiyyət Materials 17 Fevral 2025 15:15 (UTC +04:00)
Naxçıvan daşıyıcılarının beynəlxalq daşımalara qoşulması üçün tədbirlər görülür
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Naxçıvan Muxtar Respublikasında yükdaşıma fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, eləcə də sürücülərin peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə xüsusi təlim təşkil edib.

Trend Agentliyə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin 2024-cü il 13 mart tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Taxoqrafdan istifadə, ona xidmət və rəqəmsal taxoqraf kartından istifadə üzrə” proqram əsasında həyata keçirilən təlimə beynəlxalq yük daşımalarında iştirak edən 56 sürücü cəlb edilib.

Tədris prosesi nəzəri və praktiki hissələri əhatə edib. Proqram çərçivəsində sürücülərə taxoqrafların tətbiqi və istifadəsi ilə bağlı ümumi tələblər, taxoqrafların təyinatı, növləri və texniki xüsusiyyətləri, sürücülərin iş və istirahət rejimi qaydaları, sürücü kartı və ondan istifadə qaydaları barədə məlumat verilib.

Təlimləri uğurla tamamlayan iştirakçılara sertifikatlar təqdim edilib. Sertifikat sahibləri müraciət edərək beynəlxalq səviyyədə tanınan taxoqraf kartlarını əldə edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti