...

Bakı və Abşeronda avtobuslar saat 21:30-dək fəaliyyət göstərəcək - AYNA

Cəmiyyət Materials 21 Fevral 2025 12:33 (UTC +04:00)
Bakı və Abşeronda avtobuslar saat 21:30-dək fəaliyyət göstərəcək - AYNA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq AYNA-dan məlumat verilib.

Bildirilib ki, AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkəti nəzarətə götürülüb:

"Hazırda bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir. Xəttə gündəlik saya uyğun avtobuslar buraxılıb. Bəzi istiqamətlərdə yollar buzdan təmizləndikcə avtobusların xəttə buraxılması təmin edilib. Sürət həddi hava şəraiti nəzərə alınaraq tənzimləndiyi üçün avtobuslararası intervallarda artım müşahidə edilə bilər.

Hərəkət iştirakçılarına ehtiyatlı olmaları, kəskin hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini tövsiyə edirik".

Qeyd edilib ki, kəskin hava şəraiti ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə Bakı şəhəri və Abşeron rayonu ərazisində avtobuslar saat 21:30-dək fəaliyyət göstərəcək. Sərnişinlərdən səfərlərini planlayarkən bunu nəzərə almaları xahiş edlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti