...

Bu il nöqsanlar aşkar edilən stomatoloji müəssisələrin sayı AÇIQLANDI

Cəmiyyət Materials 12 Mart 2025 14:04 (UTC +04:00)
Bu il nöqsanlar aşkar edilən stomatoloji müəssisələrin sayı AÇIQLANDI
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Analitik Ekspertiza Mərkəzi tərəfindən 2025-ci ilin yanvar-fevral aylarında ölkədə stomatoloji xidmət göstərən 17 özəl tibb müəssisəsində yoxlama keçirilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu yoxlamalar nəticəsində 6 müəssisədə nöqsanlar aşkar edilib.

"İnzibati xətalar məcəlləsinin 210.1 maddəsi üzrə 1, 215.1 maddəsi üzrə 4, 215.4 maddəsi üzrə 1 protokol tərtib edilərək, növbəti icraata göndərilib.

Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir", - deyə mərkəzdən əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti