Bakı. Trend:
Xidmətlər zərfi genişləndiriləcək.
Trend xəbər verir ki, bu barədə XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev məlumat verib.
O bildirib ki, hazırda xidmətlər zərfinə 3315 tibb prosedur daxildir:
"İldən-ilə bu siyahı genişləndirilir. İnanırıq ki, bu il ərzində də müəyyən prosedurlar bu siyahıya əlavə olunacaq".