...

Bu ixtisasla bağlı tibb müəssisələrində yoxlamalar keçiriləcək - Nazir

Cəmiyyət Materials 15 Mart 2025 16:10 (UTC +04:00)
Bu ixtisasla bağlı tibb müəssisələrində yoxlamalar keçiriləcək - Nazir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Fizioterapist və fizioterapevtlərin əldə etdikləri sertifikatların nümunələrini Səhiyyə Nazirliyi ictimaiyyətə göstərib.

Trend xəbər verir ki, bu barədə XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev məlumat verib.

O bildirib ki, Səhiyyə Nazirliyindən bütün tibb müəssisələrinə bu ixtisasla bağlı ştat vahidinin açılması ilə bağlı məktublar da yollanılıb.

"Bu yaxınlarda bu istiqamətdə yeni yoxlamalar keçiriləcək. İnanıram ki qısa bir müddətdə bu boşluq varsa, aradan qaldırılacaq. Bunun üçün lazımi sənədlər də hazırlanıb və artıq verilib. Sadəcə tibb müəssisələri bu məsələyə ciddi yanaşmalıdırlar", - nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti