Bakı. Trend:
Tətil günlərində Dəmiryol Muzeyi ziyarətə açıq olacaq.
Trend xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
"Novruz və Ramazan bayramları ilə əlaqədar ölkə ərazisində elan edilmiş qeyri-iş günlərində (25, 26, 27, 28, 29 və 30 mart) Dəmiryol Muzeyi ziyarətə açıq olacaq.
Tətil günlərində dəmir yollarının keçmişi və gələcəyinə səyahət
etmək fürsətini əldən verməyin!", - qurumdan bildirilib.