...

Bayram günlərində gözlənilən hava şəraiti AÇIQLANDI

Cəmiyyət Materials 29 Mart 2025 13:21 (UTC +04:00)
Bayram günlərində gözlənilən hava şəraiti AÇIQLANDI
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Martın 30-31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə arabir duman olacağı gözlənilir.

Trend Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +7 dərəcədən +10 dərəcəyədək, gündüz +16 dərəcədən +21 dərəcəyədək olacaq.

Azərbaycanın əksər rayonlarında martın 30-31-də havanın əsasən yağmursuz keçəcəyi, lakin 30-u gündüz əsasən dağlıq ərazilərdə, 31-də isə bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə +7 dərəcədən +11 dərəcəyədək, gündüz +21 dərəcədən +26 dərəcəyədək, dağlarda gecə +2 dərəcədən +7 dərəcəyədək, gündüz +10 dərəcədən +15 dərəcəyədək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti