...

Bakı, Sumqayıt, Şəki, Şirvan Apellyasiya Məhkəmələrinə yeni hakimlər təyin edilib

Cəmiyyət Materials 11 Aprel 2025 12:08 (UTC +04:00)
Bakı, Sumqayıt, Şəki, Şirvan Apellyasiya Məhkəmələrinə yeni hakimlər təyin edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakı, Sumqayıt, Şəki və Şirvan Apellyasiya Məhkəmələrinə yeni hakimlər təyin edilib.

Trend xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

Belə ki, qərar layihəsində aşağıdakı təkliflər yer alıb:

  • Zəfər Vahid oğlu Əhmədovun Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi;
  • Şirvan Apellyasiya Məhkəməsinin hakimi Orxan Nadir oğlu İsmayılovun həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi;
  • Füzuli Rayon Məhkəməsinin hakimi (sədr) Aqil Əlisa oğlu Musayevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi;
  • Allahverdiyev Elbəy Hidayət oğlu, Əyyubov Fərid İlham oğluSarıyev Xəyal Əjdər oğlunun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi;
  • Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlu və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Elçin Qüdrət oğlunun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi;
  • Şəki İnzibati Məhkəməsinin hakimi Musayev Vüqar Ələkbər oğlu və Şəmkir Rayon Məhkəməsinin hakimi Musayev Taleh Valeh oğlunun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi;
  • Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Əli Abdulla oğlu, Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu, Masallı Rayon Məhkəməsinin hakimi Quliyev Ceyhun Əmir oğlu və Saatlı Rayon Məhkəməsinin hakimi Sadıqov Mirlətif Süleyman oğlunun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi;
  • Elşad İbiş oğlu Əliyevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi.

Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti