Bakı. Trend:
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin ilk rübü ərzində ümumilikdə 4,5 min nəfər əlilliyi olan şəxsə 29,4 min reabilitasiya vasitəsi verilib.
Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onlardan 2,1 mini təkərli oturacaq, 674-ü aşağı və yuxarı ətraf protezi, habelə 282-si eşitmə aparatı, 1,3 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac və s. olub.