...

İyul ayında 19 aptekdə nöqsanlar aşkarlanıb

Cəmiyyət Materials 5 Avqust 2025 12:55 (UTC +04:00)
İyul ayında 19 aptekdə nöqsanlar aşkarlanıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin iyul ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 48 aptekdə yoxlama həyata keçirilib.

Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu yoxlamalardan 21-i Bakı şəhərində, 27-si isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Yoxlamaların 10-u planlı, 37-si plandankənar, 1-i isə yoxlamadan kənar təftiş xarakteri daşıyıb.

Aparılmış yoxlamalar nəticəsində 19 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb, bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 221.1, 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti