...

Aǧdamda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

Cəmiyyət Materials 3 Yanvar 2026 10:55 (UTC +04:00)
Aǧdamda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Aǧdamda narkotik vasitə qəbul edərək avtomobil idarə edən sürücü inzibati qaydada həbs olunub.

Trend-in məlumatına görə, Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Vaz" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Məmmədhüseyn Həsənova “saxla” işarəsi verilib.

Araşdırma zamanı onun narkotikin təsiri altında avtomobil idarə etdiyi müəyyən edilib.

M.Həsənov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənun qərarına əsasən o, 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti