...

Yanvar ayı ərzində 7 aptekdə nöqsanlar aşkarlanıb - AEM

Cəmiyyət Materials 2 Fevral 2026 14:29 (UTC +04:00)
Yanvar ayı ərzində 7 aptekdə nöqsanlar aşkarlanıb - AEM
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yanvar ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 48 əczaçılıq müəssisəsində yoxlama aparılıb. Yoxlamalardan 10-u Bakı şəhərində, 38-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.

Trend xəbər verir ki, bu barədə AEM məlumat yayıb.

Bildirilir ki, keçirilən yoxlamaların 32-si planlı, 16-sı isə plandankənar olub.

Nəticələrə əsasən, 7 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1, 452.2 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti