...

Dərmanlar qeydiyyata alınmazdan əvvəl klinikayaqədər və klinik tədqiqatlardan keçirilir - Səhiyyə Nazirliyinin mütəxəssisi

Cəmiyyət Materials 3 Fevral 2026 11:35 (UTC +04:00)
Dərmanlar qeydiyyata alınmazdan əvvəl klinikayaqədər və klinik tədqiqatlardan keçirilir - Səhiyyə Nazirliyinin mütəxəssisi
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Hər bir dərman vasitəsi qeydiyyata alınmazdan əvvəl klinikayaqədər (heyvanlar üzərində aparılan tədqiqatlar) və klinik (insanlar üzərində aparılan tədqiqatlar) tədqiqatlara məruz qalır. Tədqiqatlar zamanı dərman vasitəsinin toksikoloji, effektivlik və təhlükəsizliyi baxımından araşdırılır.

Trend xəbər verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənov açıqlayıb.

Onun sözlərinə görə, toksikoloji təsirləri və təhlükəsizliyi dedikdə, həmin dərman vasitəsinin orqanizmə (qaraciyər, ürək, böyrək və s.) hansı zərərləri təsirləri olan təsirləri nəzərdə tutulur:

“Bunlar dərman vasitəsinin riskləri qiymətləndirilir. Effektivlik deyəndə, hər bir dərman vasitəsi müəyyən məqsəd üçün hazırlanır. Dərman ya xəstəliyi müalicə etməlidir, ya da xəstəliyin simptomlarını aradan qaldırmalıdır. Bunlara isə dərman vasitəsinin faydaları deyilir. Hər bir dərman şirkəti dərman vasitəsini dövlət qeydiyyatına aldırmaq məqsədi ilə dərman vasitəsi ilə bağlı yuxarıda qeyd olunan tədqiqatlardan əldə olunan məlumatlar toplusunun dərman vasitələri sahəsində tənzimləyici quruma (Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə) təqdim edir. Qurumda təqdim olunan məlumatların müxtəlif istiqamətli ekspertlər tərəfindən qiymətləndirilməsi və araşdırılması aparılır. Araşdırma nəticəsində dərman vasitəsinin göstərilən parametrlər üzrə faydaları risklərindən yüksək olduğu təqdirdə dərman vasitəsi qeydiyyata alınır. Yekunda qeydiyyata alınmış dərman vasitəsi ölkənin əczaçılıq bazarına daxil olur. Dərman vasitəsinin qeydiyyatdan sonrakı dövrdə təhlükəsiz istifadəsinin təmin edilməsi məqsədilə farmakonəzarət sahəsi prosesə qoşulur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti