...

Yanvar ayı ərzində özəl tibb müəssisələrində qanun pozuntuları aşkarlandı

Cəmiyyət Materials 4 Fevral 2026 13:47 (UTC +04:00)
Yanvar ayı ərzində özəl tibb müəssisələrində qanun pozuntuları aşkarlandı
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2026-cı ilin yanvar ayında 21 özəl tibb müəssisəsində yoxlama aparılıb. Bunlarda planlı – 11, plandankənar – 10 yoxlama aparılıb ki, nəticədə 18 nöqsan faktı aşkar edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilir ki, ən çox rast gəlinən nöqsanlar aşağıdakılar olub:

-Həkimlərin sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma faktı – 25 hal;
-Lisenziya şərtləri üzrə müəyyən nöqsanlar aşkar edilmişdir – 6 hal;
-Tibb müəssisinin sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyətinə işçilərin buraxılması faktı aşkarlandı – 6 hal;
-Sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar özəl tibb fəaliyyəti ilə
məşğul olma faktı aşkarlandı – 4 hal.
-Lisenziyadan kənar iş və fəaliyyət aşkarlanmışdır – 2 hal;

Məqalədə:
Xəbər lenti

Xəbər lenti