...

Müdafiə sənayesi naziri Ər-Riyadda aparıcı beynəlxalq şirkətlərlə əməkdaşlıq imkanlarını müzakirə edib

Cəmiyyət Materials 10 Fevral 2026 09:27 (UTC +04:00)
Müdafiə sənayesi naziri Ər-Riyadda aparıcı beynəlxalq şirkətlərlə əməkdaşlıq imkanlarını müzakirə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində “World Defence Show 2026” beynəlxalq sərgisində iştirak edən Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev fevralın 9-da bir sıra görüşlər keçirib.

Trend xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Nazir Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədr müavini Gökhan Uçar, Sudanın Müdafiə Sənayesi Sisteminin baş direktoru Mirgani İdris Süleyman, Sinqapurun “ST Engineering”, Çexiyanın “Colt CZ”, Çinin “ALIT” və “CETCİ”, Türkiyənin “BAYKAR”, “TUSAŞ” və “HAVELSAN”, həmçinin Amerika Birləşmiş Ştatlarının “Trillium” şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb.

Görüşlərdə müdafiə sənayesi sahəsində mövcud əməkdaşlıq əlaqələri, beynəlxalq təcrübənin daha dərindən öyrənilməsi, baş verən qlobal tendensiyalar, müasir innovativ texnologiyaların tətbiqi və sənaye imkanlarının inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı tərəfdaşlıq münasibətlərinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, bu cür beynəlxalq platformaların təcrübə mübadiləsi və peşəkar dialoq baxımından yaratdığı imkanlar qeyd edilib. Tərəflər müdafiə sənayesi sahəsində açıq dialoqun və qarşılıqlı anlayışın vacibliyini önə çəkiblər.

İşgüzar və konstruktiv şəraitdə keçən görüşlər müdafiə sənayesi sahəsində beynəlxalq əlaqələrin möhkəmləndirilməsi baxımından faydalı müzakirələrlə yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti