...

Əli Kərimli və Məmməd İbrahim barədə qərar qəbul edildi

Cəmiyyət Materials 16 Fevral 2026 17:26 (UTC +04:00)
Əli Kərimli və Məmməd İbrahim barədə qərar qəbul edildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə şikayətə baxılıb və qərar qəbul edilib.

Qəbul edilən qərara əsasən, apellyasiya şikayətləri təmin edilməyib.

Qeyd edək ki, ötən il Səbail Rayon Məhkəməsinin qərarı ilə Əli Kərimli və Məmməd İbrahim barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Bu il 9 fevralda isə onların barəsində seçilmiş həbs qətimkan tədbiri daha 4 ay uzadılıb.

Təqsirləndirilən hər iki şəxsə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti