...

AZƏRBAYCAN MDB ÜZVÜ OLAN DÖVLƏTLƏRİN TƏHSİL SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ ÜZRƏ ŞURASINA BİR SIRA TƏKLİFLƏR VERİB

Cəmiyyət Materials 25 İyun 2005 18:13 (UTC +04:00)

Azərbaycanın Təhsil Nazirliyi MDB üzvü olan dövlətlərin təhsil üzrə əməkdaşlıq Şurasına Birlik ölkələri ərazisində təhsil sisteminin təkmilləşdirilməsi üzrə bir təkliflər hazırlayaraq təqdim edib. Bu barədə Trend ə Azərbaycan Təhsil Nazirliyinin xarici əlaqələr və koordinasiya idarəsinin rəisi Mahir Əliyev məlumat verib.

Təkliflər MDB üzvü olan ölkələrin təhsil sisteminin məlumatlandırılması sahəsində işlərin koordinasiyası, Birlik üzvlərinin funksiyalaşdırılmış açıq təhsil sisteminin təşkilati-iqtisadi mexanizminin yaradılması i və MDB -yə üzv olan dövlətlərin ərazisində distansiya təhsilinin inkişafı konsepsiyasından ibarətdir. Xatırladaq ki, bu məsələlər yaxın günlərdə MDB ölkələrinin ekspert qrupunun iclasında müzakirə olunub. Azərbaycanın nümayəndələri iclasda iştirak etməyib.

Ekspert qrupu "MDB-yə üzv olan ölkələrin təhsil sisteminin məlumatlandırılması sahəsində işlərin koordinasiyası", " MDB-yə üzv olan ölkələrin funksiyalaşdırılmış açıq təhsil sisteminin təşkilati-iqtisadi mexanizminin yaradılması konfsepsiyası"nın razılaşma layihələri üzrə razılıq əldə edib. İclasda razılaşdırılmış sənədlərin mətnlərinin nəzərdən keçirilmək üçün XİN Şurasına və MDB dövlətləri Şurasına göndəriləcəyi güman edilir.

Xəbər lenti

Xəbər lenti